» » Səyahət zamanı götürməyə ehtiyac olmayan əşyalar

Səyahət zamanı götürməyə ehtiyac olmayan əşyalar

Səyahət zamanı götürməyə ehtiyac olmayan əşyalar

Çətirlər, dəsmallar, əlavə geyim və ayaqqabılar səyahət zamanı özünüzlə götürməyə ehtiyac olmayan əşyaların sırasına daxildir.

“Aviasales” xəbər verir ki, ekspertlər təcrübəli turistlərdən çamadanlarında hansı artıq əşyaların olduğunu və növbəti səfərləri zamanı özləri ilə nələri götürməyəcəklərini soruşub.

Respondentlərin üçdə biri deyib ki, səyahət vaxtı çoxlu geyim və ayaqqabı götürməyə dəyməz. Belə ki, istifadəçilərin 20 faizindən bir qədər çoxu yalnız zəruri geyimlə kifayətlənməyi təklif edib. Rəyi soruşulanların 14 faizi isə artıq ayaqqabını evdə saxlamağı tövsiyə edir.

Səyahətçilər baqajda çox yer tutmayan, yüngül əşyaları götürməyi məsləhət bilir.

Respondentlərin doqquz faizi dəsmallardan imtina edəcəyini bildirib. Hotellərdə bunları tapmaq çətin məsələ deyil.

Həmçinin doqquz faizə çətir lazım olmayıb. Kitabsız səyahət etməyi məsləhət görənlərin sayı da doqquz faiz təşkil edib. Bundan başqa, eyni sayda insan səyahət zamanı dərman qutularının lazımsız olduğunu vurğulayıb.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət