“Qaradağ Ez” həyatımızı təhlükəyə atır - Allah bizi zəlzələdən qorusun...

“Qaradağ Ez” həyatımızı təhlükəyə atır - Allah bizi zəlzələdən qorusun...
İzmirdəki acı faciədən sonra Azərbaycanda da inşa olunan binaların dözümlülük dərəcəsi müzzakirə predmetinə çevrilib. Xatırladaq ki, artıq rəsmi Ankara məhz keyfiyyətsiz inşaat səbəbindən inşaat firmalarının yetkililərini həbs edib və onlar İzmirdə zəlzələyə davam gətirməyərək yüzdən artıq insanın ölümünə səbəb olan sahibkarlardır.

Azərbaycanda vəziyyət necədir. DİA.AZ olaraq təqdim etdiyimiz aşağıdakı faktlar belə deməyə əsas yaradır ki, ALLAH BİZİ ZƏLZƏLƏDƏN QORUSUN... Çünki bu gün inşaat sektorunda istifadə edilən malların heç də hamısı standartlara cavab vermir.

Qeyd edək ki, zəlzələ bir yana, Azərbaycanda tikintilərdən sonra evlərdə çatların əmələ gəlməsi, ciddi problemlərin yaranması istər mütəxəssislər tərəfindən, istərsə də sadə insanlar tərəfindən sementin keyfiyyətsizliyi ilə əlaqələndirilir. Bəzi şəxslər iddia edirlər ki, sement az vurulur və ya məsul şəxslər sementi “yeyir”.

Məsələni bir qədər araşdıranda məlum olur ki, əslində məsələ sementin azlığında və ya çoxluğunda yox, keyfiyyətsiz olmasındadır.

Hər bir məhsulun üzərində onun istehsal tarixi və istifadə müddəti yazılmalıdır. Bu qanunla tənzimlənir. Ən adi suyun belə istehsal tarixi olmayanda, vaxtı keçəndə, buna etiraz edirik. Məsələ ondadır ki, “Qaradağ Ez” adlı şirkətin istehsal etdiyi sementlərin üzərində istifadə müddəti göstərilmir. Bu da qiyməti digər firmalardan aşağı edən şirkətin əslində istehlakçılara istehsal müddəti keçmiş sement satdığı iddiasını ortaya çıxarır.

Araşdırma zamanı məlum olur ki, digər sement şirkətləri istehsal etdikləri sementlərin üzərinə tarix və 60 günlük zəmanət qoyur. Ancaq “Qaradağ Ez” adlı şirkət nəinki bunu edir, hətta topu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin üzərinə atır. Yəni, dövlət qurumunu öz saxtakarlıqlarına ortaq edirlər. Bəlkə də ortaqdılar, xəbərimiz yoxdur. Xidmətin bu ittihama cavab verməməsi də, ciddi suallar doğurur.

Əldə etdiyimiz məlumata görə, “Qaradağ Ez” adlı şirkətin sahibi Anar Ağayevdir. Anar Ağayev və şirkəti barədə araşdırma aparanda məlum olur ki, 2016-cı ildə 1 Saylı Bakı Məhkəməsinin qərarı ilə “Qaradağ AA UNİVERSAL” şirkətinin satışı qadağan olunub. Saxtakarlıq ittihamı “Qaradağ Ez” üçün yeni deyil. Həmin vaxtda “Qaradağ EZ Speak” şirkəti saxta sement istehsal etdiyi və satışa çıxardığı üçün qadağan olunub. Məsələ ondadır ki, həmin qərara rəğmən şirkət yenə fəaliyyətini davam etdirib. Məhkəmə qərarı olmasına rəğmən Anar Ağayev bazardan və əməlindən nəinki çəkilib, hətta müştərilərini arxayın edib ki, növbəti məhkəməni udacaq. Məhz havadarları sayəsində qanunsuz sement istehsalı ilə məşğul olan Anar Ağayev külli miqdarda sərvət toplaya bilib.

Məlumata görə, Anar Ağayevin arxasındakı şəxs isə son zamanlar toy qalmaqalı ilə gündəmə gələn, 15 sutka həbs edilən, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevdir. Anar Ağayevlə sabiq deputat İlham Əliyevin ortaq biznesləri olduğu deyilir. İddialara görə, neçə ildən bəri sabiq deputat Anar Ağayevə “krişalıq” edir, şəxsi əlaqələrindən istifadə edərək şirkətin saxtakarlıqlarına qanuni don geyindirir və təbii ki, qarşılığında payını alır.

Bu səbəbdən də, Anar Ağayev hər yerdə adamlarının güclü olduğunu və istədiyi kimi davranacağını deyir. Anar Ağayev arxasındakı şəxsə o qədər güvənir ki, dövlətə, dövlət qurumuna belə meydan oxuya bilir. Beləcə, Anar Ağayevin dövlətə meydan oxumaqda hardan ilhamlandığı da məlum olur. Maraqlıdır ki, Ramiz Mehdiyevin günəşi qürub etsə də, sement mafiyası öz işini davam etdirməkdədir. Konkret olaraq, 003 dövlət nömrə nişanlı bahalı maşın kolleksiyası yığan Anar Ağayev həm də “saat manyakı” olaraq tanınır. Bu barədə növbəti yazıda daha geniş məlumat ala biləcəksiniz.

“Qaradağ EZ” sementlərinin markalanması barədə 23.09.2020-ci il tarixində “BakuPost” saytında yayımlanmış məlumata Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır.

Bildiririk ki, eyni məsələ ilə əlaqədər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə vətəndaş müraciəti də daxil olmuşdur.

Bununla əlaqədar Dövlət xidməti tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılmışdır. Araşdırmaların nəticələri barədə əlavə məlumat veriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ