» » NATO kosmosu özünün yeni operativ sferası kimi tanımağı planlaşdırır

NATO kosmosu özünün yeni operativ sferası kimi tanımağı planlaşdırır

NATO kosmosu özünün yeni operativ sferası kimi tanımağı planlaşdırır

NATO ölkələri kosmosu özlərinin yeni operativ sferası kimi tanımağı planlaşdırırlar. Lakin orada silah yerləşdirilməyəcək.

“RİA Novosti”nin məlumatına görə, bu barədə alyansın Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib.

“Biz strateji çağırışları müzakirə edəcəyik. Hesab edirəm ki, nazirlər kosmosu yeni operativ sfera kimi tanımağa razı olacaqlar”, - deyə NATO-nun Baş Katibi alyans ölkələrinin XİN rəhbərlərinin çərşənbə günü gözlənilən görüşü barədə danışarkən bildirib.

Bununla yanaşı, o əmin edib ki, alyans kosmosda silah yerləşdirməyi düşünmür, bununla belə, bu sferanın müdafiə və təhlükəsizliyə təsirinin nəzərə alınmalı olduğunu vurğulayıb.

O, həmçinin, NATO-nun hərbi təhdid kimi qiymətləndirilə bilən kosmik təhlükəni öyrənməyi planlaşdırdığını bildirib.
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət