» » Ağsuda həmyerlisini bıçaqlayan şəxsin məhkəməsi başlayır

Ağsuda həmyerlisini bıçaqlayan şəxsin məhkəməsi başlayır

Ağsuda həmyerlisini bıçaqlayan şəxsin məhkəməsi başlayır

Ağsu rayonunda adam bıçaqlamaqda təqsirləndirilən Nicat Nuriyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib. Ağsdu sakini Nuriyev Nicat Şaiq oğlu rayonun Növci kənd sakini Musayev Fərman Azad oğlunu bıçaqlayıb.

Yaralı ağır xəsarətlə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Polis tərəfindən saxlanılan N.NMuriyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət