Azərbaycan və Türkiyə Vətən müharibəsi haqqında birgə film çəkəcək


“Qəhrəman əsgərlərimizin savaşını kino ilə daha təsirli səviyyədə göstərmək istiqamətində fəaliyyətə başlamışıq. Belə keyfiyyətli filmlərə ehtiyac var. Bu məqsədlə türk qardaşlarımız və şirkətlərlə birgə layihələrə başlamağı istəyirik”.

Lia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

“Azərbaycan Türkiyənin bu sahədəki təcrübəsini öyrənəcək və ondan istifadə edəcək”, – nazir bildirib.

  • Sosial şəbəkədə paylaş