Rusiyada əsgər balta ilə 3 hərbçini öldürüb

Rusiyada əsgər balta ilə 3 hərbçini öldürüb
Rusiyanın Voronej şəhərində “Baltimor” aerodromunda müddətli əsgərin öz yoldaşlarına balta ilə hücumu nəticəsində azı 3 hərbçi ölüb.

“oxu.az” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Rusiya İstintaq Komitəsinin yerli hərbi bölməsi də faktı təsdiqləyib.

Hadisənin səbəbi açıqlanmayıb.

Bununla belə yerli KİV-in məlumatına görə, noyabrın 9-da həmin əsgər balta ilə öz əsgər yoldaşlarına hücum edib. İddia olunur ki, onlardan birindən avtomat silahı alaraq atəş açıb.

Qeyd olunur ki, ölənlərdən 2-si zabit, 1-i əsgərdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ