Rusiya dünyada analoqu olmayan silahını Xəzər dənizi sərhədinə yerləşdirdi

Rusiya dünyada analoqu olmayan silahını Xəzər dənizi sərhədinə yerləşdirdi


Rusiyanın ilk dəfə kütləvi istehsal etdiyi 5-ci nəsil “Su-57” təyyarələri ölkənin cənubuna yerləşdirilib.

Lia.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Xabarovsk şəhər idarəçiliyi məlumat yayıb.

Bildirilib ki, “Komsomolsk-na-Amure” təyyarə müəssisəsində istehsal olunan “Su-57”lər Qara dəniz və Xəzər dənizi sərhədindəki Cənub Hərbi Dairəsinin arsenalına təhvil verilib.

İlin sonuna qədər 5 ədəd təyyarə bu dairəyə veriləcək.

Qeyd edək ki, Rusiya Sənaye Nazirliyi 2024-cü ilin sonuna qədər 22 ədəd “Su-57” təyyarəsini rus ordusuna təhvil verəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ