Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib

Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib



Hindistanın Puna şəhərində koronavirus vaksini istehsal olunan institutda yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın olan binada 4 nəfər olub. Onlardan 3 nəfəri xilas edilib.

Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə briqadası cəlb edilib.

Qeyd edək ki, həmin institutda Hindistan "AstraZeneca" şirkəti və Oksford Universiteti ilə birgə "Covishield" vaksinini istehsal edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ