Gəncədə mülki binalara zərbə endirilib, neft-qaz kəmərlərinə də zərbə endirilməli idi - Sarkisyanın etirafları

Gəncədə mülki binalara zərbə endirilib, neft-qaz kəmərlərinə də zərbə endirilməli idi - Sarkisyanın etirafları

Ötən il Qarabağ müharibəsinin sonlarına yaxın Ermənistan ordusu Şuşaya "İsgəndər" raketi ilə zərbə endirib.

Trend-in məlumatına görə, bunu Ermənistan televiziyasına müsahibəsində ölkənin sabiq prezidenti Serj Sarkisyan deyib.

O bildirib ki, "İsgəndər"in istifadə olunması barədə dəqiq məlumata malikdir.

Eyni zamanda S.Sarkisyan müharibə vaxtı erməni qoşunlarının Azərbaycanın neft-qaz kəmərlərinə zərbə endirməli olduğunu, amma cavab reaksiyası almaqdan qorxduqları üçün bunu etmədiklərini deyib.

Sabiq prezident, həmçinin Gəncə şəhərində mülki binalara zərbə endirildiyini etiraf edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ