İranlı nazir müavininə hücum etmək istədilər


Hərtərəfli Birgə Fəaliyyət Planının birgə komissiyasının iclasından öncə üzv ölkələrin nümayəndələri ilə müzakirələr aparmaq məqsədilə Avstriya paytaxtı Vyanada səfərdə olan İran xarici işlər nazirinin müavini Seyid Abbas Araqçiyə hücum cəhdi olunub.

Lia.Az Trend-ə istinadən bildirir ki, kimliyi açıqlanmayan şəxs İran xarici işlər nazirinə qarşı ifadələr işlədib və ona hücum etmək istəyib. Təhlükəsizlik qüvvələri həmin şəxsin qarşısını alıblar.

İran xarici işlər nazirinin müavininin Vyanada nüvə sazişinə üzv ölkələrin nümayəndələri ilə ayrı-ayrılıqda müzakirələri davam edir.

İrana qarşı müxtəlif qruplar Hərtərəfli Birgə Fəaliyyət Planının birgə komissiyasının keçirildiyi binanın qarşısında etiraz aksiyası keçiriblər.

İran Vyanadakı səfirliyi Avstriya polisinə İranın müzakirə heyətinin təhlükəsizliyinin qorunması ilə bağlı lazımi məlumatlar verib.

  • Sosial şəbəkədə paylaş