Dünya gücləri Vyanada


Dünya gücləri Vyanada keçirilən iclasda Tehranı 2015-ci il nüvə sazişinin şərtlərini pozan addımlardan geri dönməyə çağırıblar.

Birləşmiş Ştatlar Birgə Hərtərəfli Hərəkət Planı sazişini tərk edəndən bəri qeyri-müəyyən vəziyyət yaradıb. Bundan sonra isə Vaşinqton İrana qarşı sanksiyaları yenidən bərpa edib. Bu da öz növbəsində İranda iqtisadi böhranın yaranmasına səbəb olub. İran ABŞ-ın sazişdən çıxmasına cavab olaraq onun üzərinə qoyulmuş nüvə fəaliyyəti məhdudiyyətlərini pozub.

Qeyd edək ki, İran uranı daha yüksək dərəcədə zənginləşdirməyə başlayıb.

Sazişdə qalan digər ölkələr – Çin, Rusiya, Britaniya, Fransa və Almaniyanın iştirakı ilə keçirilən iclasın sonunda Pekinin rəsmi nümayəndəsi Vanq Qu bildirib ki, Tehran dəfələrlə özünün cavab addımlarından geri dönməyə hazır olduğunu bildirib.

O, ABŞ-ı İrana qarşı tətbiq edilən birtərəfli tətbiq edilən sanksiyaları ləğv etməyə çağırıb.

  • Sosial şəbəkədə paylaş