Koronavirusa yoluxma sayı 133 milyonu keçdi

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 133 milyon 034 min 420 nəfərə çatıb.

Virtualaz.org bildirir ki, bu barədə “Worldometers” saytı məlumat yayıb.

Qeyd olunur ki, pandemiya qurbanlarının sayı 2 milyon 878 min 246 nəfərdir. İndiyədək 107 milyon 289 min 168 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 31 560 438 nəfər virusa yoluxub, 570 260 pasiyent dünyasını dəyişib.

  • Sosial şəbəkədə paylaş