​Putin koronavirusdan bu yolla qorunur -


Rusiya prezidenti Vladimir Putini koronavirusdan qorumaq üçün mühafizə xidməti xüsusi tədbirlər həyata keçirib. Metbuat.az BBC-yə istinadən xəbər verir ki, Putinlə yanaşı nazirlərə də xidmət göstərən Rusiya Hava Yolları şirkətinin 60 əməkdaşı oteldə karantinə alınıb. Onların başqaları ilə təmasda olmasına icazə verilməyib. Həmçinin, Putinin ətrafında olan digər xidmətçilərin də kənar şəxslərlə təmasda olması qadağan edilib. Məlumata görə, ötən il faşizm üzərində qələbənin ildönümü ilə bağlı keçirilən paradda də ciddi tədbirlər görülüb. Putinlə görüşən veteranlar və digər şəxslər iki həftə əvvəl karantina alınıb. Qeyd edək ki, Putin artıq peyvənd olunub. Hazırda onun ətrafındakı şəxslərə karantin qaydalarının tətbiq edilib-edilmədiyi məlum deyil.
Anar Türkeş / Metbuat.az

  • Sosial şəbəkədə paylaş