Metro nə vaxt açıla bilər? - AKTUAL

Metro nə vaxt açıla bilər? - AKTUALMetroda sərnişindaşıma fəaliyyətinin bərpa edilməsi sanitar-epidemioloji vəziyyətdən asılı olacaq.

Oxu.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən sonuncu qərara əsasən, metroda sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti dekabrın 1-dək uzadılıb.

Mətbuat katibinin sözlərinə görə, metronun müəyyən edilmiş müddətdən daha tez, yaxud daha gec açılması yoluxma sayındakı dinamikadan asılı olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ