» » Gəncədə maşinist keçmiş arvadını bıçaqlayıb qaçdı

Gəncədə maşinist keçmiş arvadını bıçaqlayıb qaçdı

Gəncədə maşinist keçmiş arvadını bıçaqlayıb qaçdı

Gəncədə maşinist keçmiş həyat yoldaşını bıçaqlayıb.

AXIN.az-A Trend-ə istinadən bildirir ki, hadisə Gəncə şəhəri, Bayan küçəsində baş verib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə şəhər Lokomotiv Deposunun maşinisti, Gəncə şəhər, Bayan küçəsi, ev 27-də yaşayan, 1965-ci il təvəllüdlü Sirati Məhərrəm Həsən oğlu həmin ünvanda yaşayan keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Satir qızına boyun nayihəsindən iki bıçaq zərbəsi endirib. M.Sirati hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət