Polis 30 nəfəri saxladı

Polis 30 nəfəri saxladı

Fevralın 8-dən 9-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Naziriliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ