» » Xırdalanda qanlı olay - Bacısının ərinin qanını tökdü

Xırdalanda qanlı olay - Bacısının ərinin qanını tökdü

Xırdalanda qanlı olay - Bacısının ərinin qanını tökdü

Xırdalan şəhərində yeznəsini bıçaqlamaqda təqsirli bilinən Quba rayon sakini, 2001-ci il təvəllüdlü Yavər Məlikməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün Azər Paşayevin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, bu ilin iyulunu 21-də, saat 13.00-da Yavər Məlikməmmədov yeznəsi, 1991-ci il təvəllüdlü Ramin Muradxanov ilə sonununcunun yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində mübahisə ediblər.

Aralarında yaranmış ailə münaqişəsi zəminində Yavər Məlikməmmədov bacısının ərini bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən Yavər Məlikməmmədov həbs edilib.

İstintaq orqanı tərəfindən Yavər Məlikməmmədovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib./teleqraf
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət