Sumqayıt sakini bıçaqlanıb

Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə fevralın 21-də şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Atakişiyevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Sumqayıt şəhər sakini R.Əbilovun həmin gün saat 2 radələrində “Beton zavod” adlanan ərazidə xuliqanlıq zəminində Ə.Atakişiyevə bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əbilov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ