» » UEFA Macarıstan – Azərbaycan matçı ilə bağlı qərarı qüvvədə saxladı

UEFA Macarıstan – Azərbaycan matçı ilə bağlı qərarı qüvvədə saxladı

UEFA Macarıstan – Azərbaycan matçı ilə bağlı qərarı qüvvədə saxladı

UEFA Apelyasiya Komissiyası AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Macarıstan yığmasının müraciətinə baxıb.
APA -nın məlumatına görə, qurum macarların şikayətini rədd edib.
Nəticədə Nəzarət, Etika və İntizam Komissiyasının sentyabrın 9-da keçirilmiş Macarıstan – Slovakiya oyunu (1:2) ilə bağlı qərar qüvvədə saxlanılıb.
Bu o deməkdir ki, Macarıstan yığması seçmə mərhələdəki növbəti ev oyununu tamaşaçısız keçirəcək. Həmin cəza Azərbaycanla oktyabrın 13-də Budapeştdə baş tutacaq matça təsadüf edəcək. Macarıstan Futbol Federasiyasına verilən 67 min 125 dollarlıq cərimənin məbləği də dəyişməz qalıb.
Qeyd edək ki, bu cəzaya azarkeşlərin irqçi şüarları səbəb olmuşdu.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət