» » Millimizin futbolçusu Fransaya buraxılmadı, səbəbi bilinmir

Millimizin futbolçusu Fransaya buraxılmadı, səbəbi bilinmir

Millimizin futbolçusu Fransaya buraxılmadı, səbəbi bilinmir

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.

AFFA-nın rəsmi saytı xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan T.Bayramlı sabah - oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək.

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib.

AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Tural Bayramlı ötən mövsüm Latviyada, “Dauqavpils” klubunda çıxış edib.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət