» » Bakıda keçiriləcək AVRO-2020 koronavirusa görə təxirə salınır?

Bakıda keçiriləcək AVRO-2020 koronavirusa görə təxirə salınır?

Bakıda keçiriləcək AVRO-2020 koronavirusa görə təxirə salınır?


UEFA İtaliyada yayılan koronavirusa görə "Avro-2020"nin vaxtını dəyişməyəcəyini açıqlayıb.

Lia.az "Yeni Sabah"-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi səhifəsi məlumat yayıb. Məlumatda bildirilir ki, çempionat nəzərdə tutulan vaxtda Romada başlayacaq:

"Avropa çempionatı nəzərdə tutulan vaxtda Romada başlayacaq. Biz koronavirusun yayılmasına görə daim təşkilatçılar və yerli hakimiyyət orqanları ilə əlaqədəyik.

Planlaşdırılan vaxtın dəyişdirilməsini nəzərdə tutmuruq. Heç bunun mənası da yoxdur. Amma bu məsələni diqqətlə izləyirik"

Qeyd edək ki, "Avro-2020"nin açılış oyunu 12 iyun tarixində Romada keçiriləcək. Ümumilikdə isə oyunlar 12 iyun – 12 iyul aralığında Avropanın 12 şəhərində, o cümlədən Bakıda baş tutacaq.
Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət