» » Bakıda keçiriləcək aerobika üzrə dünya çempionatı təxirə salındı

Bakıda keçiriləcək aerobika üzrə dünya çempionatı təxirə salındı

Bakıda keçiriləcək aerobika üzrə dünya çempionatı təxirə salındı

Bakıda keçirilməli olan aerobika üzrə dünya çempionatı təxirə salınıb.

"Report"un Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, sayca 16-cı mundial 14 - 16 mayda təşkil olunmayacaq. Eyni zamanda yaş qrupları üzrə dünya turniri də 8 - 10 mayda baş tutmayacaq. Səbəb kimi koronavirus pandemiyasının belə tədbirləri daha yaxşı şəraitdə keçirməyə böyük maneçiliklər yaratması göstərilib.

O da bildirilir ki, hazırda FIG Azərbaycan Gimnastika Federasiyası ilə bu yarışların təşkilinin yenidən planlaşdırılması üçün uyğun variant axtarır.
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət