"Qarabağ"ın "Neftçi" üzərində qələbəsi 4 rekordla əlamətdar olub

"Qarabağ"ın "Neftçi" üzərində qələbəsi 4 rekordla əlamətdar olub
"Qarabağ" Azərbaycan çempionatlarında 500-cü səfər qoluna imza atıb.

"oxu.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qolun müəllifi Filip Ozobiç olub.

O, Premyer Liqada IX turun “Neftçi” ilə görüşündə hesabı açaraq, yubiley topunun müəllifi olub. 6:0 hesabı ilə qalib gələn ağdamlılar bu rəqəmi 505-ə də çatdırıb.

Xorvatiyalı yarımmüdafiəçinin "Neftçi" ilə matçdakı ilk qolu onun Premyer Liqada 30-cu topu olub. “Qarabağ”a qədər “Qəbələ”də də oynamış Ozobiç het-trik edərək bu rəqəmi 32-yə yüksəldib.

Bu qarşılaşma daha üç rekordla əlamətdar olub. Birincisi, cari mövsümün ən böyükhesablı qələbəsi qeydə alınıb. İkincisi, “Qarabağ”la “Neftçi” arasındakı qarşılaşmaların 28 illik tarixində ən böyük fərqli hesab rəsmiləşib. Üçüncüsü, bu, Ağdam klubunun tarixində çempionatdakı ən böyük hesablı səfər qələbəsinin təkrarı olub.

Qurban Qurbanovun başçılıq etdiyi komanda 2018/2019 mövsümündə “Zirə” və “Sumqayıt”, ötən çempionatda isə yenidən “Zirə”ni rəqib meydanında 6 cavabsız qolla üstələyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ