"Barselona"nın sabiq prezidenti azadlığa buraxıldı


İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xosep Bartomeu məhkəmənin qərarı ilə müvəqqəti olaraq azadlığa buraxılıb.

Lia.az-ın "Marca"ya istinadən məlumatına görə, funksioner yaxın günlərdə istintaq materialları ilə tanış olacaq və yenidən şübhəli qismində ifadə verəcək.

Qeyd edək ki, Bartomeu martın 1-də səhər saatlarında saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham edilir. Onunla birlikdə Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti, keçmiş direktor Xaume Masferrer də həbs edilmişdi.

  • Sosial şəbəkədə paylaş