» » İbrahimoviç İtaliyaya qayıdacaq?

İbrahimoviç İtaliyaya qayıdacaq?

İbrahimoviç İtaliyaya qayıdacaq?

İtaliyanın "Fiorentina" klubu MLS təmsilçisi "Los-Anceles Qalaksi"də çıxış edən Zlatan İbrahimoviçlə maraqlanır.

"Bənövşəyilər" ilin sonunda müqaviləsi başa çatacaq isveçli forvarda təklif yollayacaq.

Təcrübəli futbolçu ötən müsahibələrində İtaliyaya qayıda biləcəyini demişdi: "Seriya A-ya qayıtmaq istərdim. Həm İtaliya, həm də digər ölkələrdə hələ fərq yarada bilərəm. Hazırda ordakı futbolçulardan daha artığını edərəm. Müqaviləm qışda bitir. Nə olacağını görəcəyik".

38 yaşlı hücumçu bu mövsüm MLS-də 29 oyuna 30 qol vurub, 7 assist edib.

İbrahimoviç daha öncə İtaliyada "Yuventus", "İnter" və "Milan"da oynayıb.
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət