» » Bal yarmarkası: Alıcılar qiymətdən və keyfiyyətdən razılıq edirlər - VİDEOREPORTAJ

Bal yarmarkası: Alıcılar qiymətdən və keyfiyyətdən razılıq edirlər - VİDEOREPORTAJ

Bal yarmarkası: Alıcılar qiymətdən və keyfiyyətdən razılıq edirlər - VİDEOREPORTAJSentyabrın 28-dən etibarən Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) ünvanında arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarkada Daşkəsən, Oğuz, Zaqatala, Balakən, Astara, Lerik və digər bölgələrdən gətirilən arıçılıq təsərrüfatı məhsulları müştərilərə təqdim olunur.

“LIA” paytaxtda keçirilən yarmarkada hansı çeşiddə məhsulların satışa çıxarıldığını, qiymətlərin hansı civarda olduğunu, eyni zamanda əhalinin və arıçılıq məhsulları satıcılarının yarmarka barədə fikirlərini öyrənib.

Məlum olub ki, yarmarkada müxtəlif bal çeşidlərinin qiyməti 15-40 manat arasında dəyişir. Bal ilə yanaşı propolis, kremlər və digər arıçılıq məhsulları da satışa çıxarılıb.

Arıçılıq təsərrüfatı sahibləri bu cür yarmarkaların təşkilinin təqdirəlayiq olduğunu qeyd ediblər. Onlar bildiriblər ki, bu il keçirilən yarmarka ötən ilkilər ilə müqayisədə daha yüksək səviyyədə təşkil olunması ilə diqqət çəkir. Buna baxmayaraq bəzi satıcılar müştəri sayının azlığından şikayətləniblər.

Alıcılar isə yarmarkadakı məhsulların keyfiyyətli, qiymətlərinin isə münasib olduğunu qeyd ediblər.

"Report" sözügedən yarmarkadan videoreportajı təqdim edir:

Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət