» » “8 həftə sonra ən pik səviyyəyə qalxacaq” - “Goldman Sachs”ın koronavirus proqnozu internetə sızdı

“8 həftə sonra ən pik səviyyəyə qalxacaq” - “Goldman Sachs”ın koronavirus proqnozu internetə sızdı

  “8 həftə sonra ən pik səviyyəyə qalxacaq” - “Goldman Sachs”ın koronavirus proqnozu internetə sızdı


ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın koronavirusla əlaqədar keçirdiyi qapalı toplantının təfərrüatı internetə sızdırılıb.
“Yeni Sabah” xarici mediaya intinadən məlumat verir ki, yeni tip koronavirusun qlobal iqtisadiyyata təsiri ilə bağlı keçirilən iclasda bank müştərilərini gözləyən təhlükələr müzakirə olunub.

Mətbuata sızan məlumata görə, bank ABŞ əhalisinin yarısının, Almaniyanın isə 70 faizinin virusa yoluxacağını proqnozlaşdırır. Virusa yoluxanların 80 faizinin xəstəliyi yüngül, 15 faizinin isə orta-ağır keçirəcəyi, yerdə qalan 5 faizin isə kritik vəziyyətdə olacağı qeyd olunub. Ölənlərin sayı isə təxminən yoluxanların sayının 2 faizini təşkil edəcək.

Bank "COVİD-19"a yoluxma hallarının və virusun qlobal təsirlərinin bundan 8 həftə sonra ən pik səviyyəyə qalxacağını ehtimal edir.

“Goldman Sachs”a görə 2020-ci ildə qlobal iqtisadi artım cəmi 2 faiz olacaq. Bu isə son 30 ildə ən aşağı səviyyə hesab olunur.

Sabrina Eldarqızı
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət