» » Koronavirus bu sahəni də “vurdu” - Avtomobillər bahalaşacaq?

Koronavirus bu sahəni də “vurdu” - Avtomobillər bahalaşacaq?

 Koronavirus bu sahəni də “vurdu” - Avtomobillər bahalaşacaq?

Koronavirus avtomobil istehsalı ilə məşğul olan şirkətlərə də zərbə vurub.
Pandemiya ilə əlaqədar Fransanın aparıcı avtomobil istehsalçısı “PSA Group” martın 27-nə qədər Avropadakı müəssisələrini bağlayır.

Söhbət “Pegeot”, “Citroen”, DS brendlərinin Fransa, İspaniya, Portuqaliya və Slovakiyada, “Opel” brendinin Almaniya və Polşada, “Vauxhall” brendinin isə Böyük Britaniyada istehsalının müvəqqəti dayandırılmasından gedir.

Bununla yanaşı, Fransadakı “Renault” da ötən gün axşamdan ölkədəki 12 müəssisəsini bağladığını açıqlayıb. Həmçinin hissə tədarükündəki çətinliklər üzündən ötən gün İspaniyada iki müəssisənin da bağlanıldığı bildirilib.

Bundan əvvəl İtaliyadakı “Fiat Chrysler Automobiles” (FCA) də bənzər amilləri əsas tutaraq martın 27-nə qədər “Fiat” və “Maserati” brendlərinin İtaliya, Serbiya və Polşada istehsalını dayandırdığını elan etmişdi.

Bəs bütün bunlar avtomobil qiymətlərinə necə təsir edəcək?

Bununla bağlı “Yeni Sabah”a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, avtomobilə tələbat azalıb:

“Hazırda istər avtomobil, istərsə də başqa bir sahənin zavodlarının, müəssisələrinin, beynəlxalq korporasiyaların istehsalı dayandırması və ya məhdudlaşdırılmasının səbəbinə baxmaq lazımdır. Səbəb odur ki, onlar faktiki anbarlarında olan avtomobillərini sata bilmirlər. Yəni tələbat aşağı düşüb. Bu gün dünyada iqtisadiyyat getdikcə kiçilir, dondurulur, bütün əlaqələr kəsilir. Dünya ölkələrinin iqtisadiyyatında naturallaşma gedir. Bunun da səbəbi virusun yayılmasının qarşısını almaqdır. Bu gün tələbat aşağı düşürsə, istehsalda azala və ya dayanırsa, hesab edirəm ki, bütün bunlar avtomobil qiymətlərinin artmasına səbəb olmayacaq, olsa belə aşağı səviyyədə olacaq".

Ekspert pandemiya aradan qalxdıqdan sonra qiymət artımının ola biləcəyini deyib:

"Bu biznesin qaydasıdır, əgər anbar məhsulla dolursa, istehsal ya məhdudlaşdırılmalıdır, ya da azaldılmalıdır. Ona görə ölkələr bu qərarı qəbul edirlər. Amma problemlər aradan qalxdıqdan sonra iqtisadiyyatın dirçəliş dönəmində istehsal gücünü dayandıran və ya azaldan istehsalçıların bazarlarında müvəqqəti olaraq qiymət artımı ola bilər”.
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət