ABŞ-da neft ehtiyatlarının artması qiymətlərin azalmasına təkan verib

ABŞ-da neft ehtiyatlarının artması qiymətlərin azalmasına təkan verib


ABŞ-da neft ehtiyatlarının qəfil artmasına dair Amerika Neft İnstitutunun (APİ) açıqlaması neftin ucuzlaşmasına əlavə təkan olub.

Lia.az “Report”-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 14.03-ə olan vəziyyətə görə “Brent” markalı neftin mart fyüçersləri 0,82 faiz ucuzlaşaraq 55,62 ABŞ dollarından, WTI markalı neftin mart fyüçersləri isə 0,81 faiz ucuzlaşaraq 52,88 dollardan satılıb.

Qeyd edək ki, APİ-nin məlumatına görə ABŞ-da neft ehtiyatları ötən həftə ərzində 2.562 min barel artıb. Halbuki ekspertlər 0,3 milyon barel azalma gözləyirdilər. Həmçinin cümə günü hökumətin açıqlamasında ehtiyatların 1.167 min barel azaldığı bildiriləcəyi gözlənilir.

“ABŞ-da neft ehtiyatları beş həftədir azalırdı və bu da qiymətləri yüksək məbləğdə saxlayan başlıca amillərdəndir. İndi ehtiyatların artımını hökumət də təsdiqləsə, qiymətlərin yenə də dəyişməsinə şahid olacağıq”, – “Kotak Securities”in nümayəndəsi Ravindra Rao “Reuters”ə bildirib.

Onun fikrincə, dololların ucuzlaşması və ABŞ-da iqtisadiyyata daha böyük məbləğdə dəstək planının tətbiqi də neft qiymətlərinin artmasına təkan verib.

Xatırladaq ki, ABŞ-ın yeni seçilən Prezidenti Cozef Bayden daha əvvəl 1,9 trilyon dollarlıq dəstək proqramını təklif etmiş, Konqresdəki Demokrat Partiyası nümayəndələri tərəfindən dəstəklənmişdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ