Mühərrik yağı ilə yanacağa qənaət etmək üsulu



Getdikcə yanacaq qiymətlərinin artması sürücüləri necə qənaət edə biləcəyini düşündürür.
Bəs yanacağa qənaət etmək üçün nələri bilməliyik? Gəlin birgə nəzər salaq.

Avtomobillərin çox yanacaq yandırmasının ən başlıca səbəbi tez-tez "dayan-tərpən" etməkdir. Yəni maşını sıfır sürətə qədər saxlayıb yenidən sürətə gətirmək yanacağa mənfi təsir edir. Tam qaza basdığınız zaman motora bir anda yüksək həcmdə yanacaq getdiyi üçün sərfiyyat artır. Sürətinizi çalışın yavaş-yavaş artırın.

Sürətli gedərkən mütləq şüşələri bağlayın. Açıq şüşələr 100 km/s sürətdə 4% əlavə yanacaq yandırır. Sürəti 110-a qaldırdığınızda bu rəqəm 10% olur. Çünki salona dolan hava avtomobildə paraşüt təsiri yaratdığı üçün mühərrik həmin sürəti stabil saxlasın deyə əlavə yanacaq çəkməyə məcbur qalır.

Yanacağa qənaət edə bilmək üçün ən vacib məqam avtomobilin texniki vəziyyətinin saz olmasıdır. Motor yağını, hava filterini, şamları (sveça), yanacaq filterini vaxtı-vaxtında dəyişmək qənaət etmək üçün başlanğıcdır.

  • Sosial şəbəkədə paylaş