» » Masallıda 30 yaşlı qadın bıçaqlandı

Masallıda 30 yaşlı qadın bıçaqlandı

Masallıda 30 yaşlı qadın bıçaqlandı

Masallıda baçaqlanma hadisəsi baş verib..

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Masallı şəhəri, Heydər Əliyev prospekti 46/2 ünvanında qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Şəhanə Məhəmməd qızı Həşimova gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyatda olunub.

Yaralıya qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

"Report"un əldə etdiyi məlumata görə, Ş.Həşimovanı bir evdə yaşadıqları mərhum qaynının arvadı ailə münaqişəsi zəminində bıçaqlayıb.

Zərərçəkmişin polis tərəfindən ifadəsi alınmadığından hadisənin detalları hələlik məlum deyil. Qohumlar isə Ş.Həşimovanın özünə xəsarət yetirdiyini söyləyirlər.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət