» » "Selfie" XƏSTƏLİKDİR - Amerikalı psixiatrlardan RƏSMİ TƏSDİQ

"Selfie" XƏSTƏLİKDİR - Amerikalı psixiatrlardan RƏSMİ TƏSDİQ

"Selfie" XƏSTƏLİKDİR - Amerikalı psixiatrlardan RƏSMİ TƏSDİQ

Amerika Psixiatrik Assosiasiyası (APA) bir çoxlarının da təxmin etdiyi məsələni rəsmi olaraq təsdiqləyib. Psixiatrların fikrincə, daim özünün şəklini çəkmək ("selfie") həvəsi psixiki pozğunluqdur.

AXIN.az-ın wiolife.ru-ya istinadən verdiyi xəbərə görə, bu xəstəliyin adı "selfitis"dir.

Selfitis öz şəklini çəkib özünə hörmət çatışmazlığını və yaxınlıq boşluğunu doldurmaq üçün sosial mediaya yerləşdirməklə bağlı obsessiv-kompulsiv istəkdir.

Amerika Psixiatrik Assosiasiyasının qərarına əsasən, bu nasazlığın üç dərəcəsi var:

Sadə selfitis: öz şəklini gündə azı üç dəfə çəkmək, lakin sosial şəbəkələrə yerləşdirməmək;

Kəskin selfitis: özünü gündə azı üç dəfə çəkib sosial şəbəkələrə yerləşdirmək;

Xroniki selfitis: Özünü gecə-gündüz çəkmək arzusu və bütün şəkilləri gündə 6 dəfədən çox sosial şəbəkələrə yerləşdirmək.

Bundan başqa, alimlər hesab edir ki, idman zalından və ya səhər qaçışlarından şəkil paylaşmaq ciddi psixi xəstəliyin - narsizm komponentli şəxsiyyət pozuntusunun - əlamətidir.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət