"Yalçın Rzazadə xəstə olduğu üçün utanırdı" - Gülyanaq Məmmədova

"Yalçın Rzazadə xəstə olduğu üçün utanırdı" - Gülyanaq Məmmədova

Xalq artisti Gülyanaq Məmmədova Xalq artisti Yalçın Rzazadənin vəfat etməsindən danışıb.

Musavat.com-a açıqlamasında sənətçi bildirib ki, Y. Rzazadənin ölümü mədəniyyətimiz üçün böyük itkidir:

" İncəsənətimiz üçün ağır itkidir. Bu gün gözəl sənətkarımızı yola salırıq. O həmişə nəğmələri ilə qəlbimizdə yaşayacaq, ifaları, səsinin sehri heç vaxt itməyəcək. Biz onun ifaları ilə böyüdük. Mahnılarına mən də, bacım Gülyaz xanım da müraciət edib. Tez-tez danışırdıq. Mədəniyyət və İncəsənət Universitetində birlikdə çalışırdıq. Deyirdim ki, Türkiyədən gələndə sizi özüm qarşılayacam. Xəstə olduğu üçün utanırdı. Ona görə Bakıya gələndən sonra mənə xəbər verdi. Hər zaman danışırdıq. Onun ölümü mədəniyyətimiz üçün itki oldu".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ