» » Əli Kərimli Milli Şuranın piketinə qatılmadı - Yenilənib

Əli Kərimli Milli Şuranın piketinə qatılmadı - Yenilənib

Əli Kərimli Milli Şuranın piketinə qatılmadı - Yenilənib

Müxalifətin Milli Şura adlı radikal qrupu Bakı şəhərində icazəli piket keçirir.

AXIN.az-ın məlumatına görə, aksiya Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə nəzərdə tutulub. Piketdə maksimum iştirakçı sayı 50 nəfər müəyyən edilib.
Milli Şuranın keçirdiyi piketə təşkilatın rəhbəri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli qatılmayıblar. Bir qrup radikal müxalifətçi piket üçün nəzərdə tutulmayan ərazidə siyasi şüarlar səsləndirməyə, eləcə də ictimai asayişi pozmağa cəhd etsə də, onların bu planı alınmayıb.

Hazırda piket çıxışlarla davam edir.

Qeyd edək ki, razılaşdırılan piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupunun üzvləri Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, qanunun tələbləri onların nəzərlərinə çatdırılıb və xəbərdarlıq edilib. Bildirilib ki, piketin keçiriləcəyi ərazidə, hərəkətin intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaq.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət