» » İlham Əliyevdən minlərlə vətəndaşı SEVİNDİRƏCƏK UNİKAL ADDIM

İlham Əliyevdən minlərlə vətəndaşı SEVİNDİRƏCƏK UNİKAL ADDIM

İlham Əliyevdən minlərlə vətəndaşı SEVİNDİRƏCƏK UNİKAL ADDIM

Səhiyyə işçiləri mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

İlham Əliyevdən minlərlə vətəndaşı SEVİNDİRƏCƏK UNİKAL ADDIM

Millət vəkili sözlərinə belə davam edib: “Azərbaycan Prezidentinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamı hər şeydən öncə Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir. Hər kəsə bəllidir ki, koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə əsgərlərimiz, həkimlərimiz və digər tibbi xidmət personalımızdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar. Xəstə yaxınlarının ümid yerinə çevrilirlər və eyni zamanda bir qədər də təzyiq altında olurlar. Çünki hər birimizin onlardan gözləntilərimiz olduqca böyükdür. Belə vəziyyətdə heç şübhəsiz ki, tibbi xidmət sahəsində fədakar əmək sərf edən vətəndaşlarımız əməklərinin maddi qarşılığını almalı, gündəlik qayğılardan azad olmalıdırlar. Azərbaycan Prezidenti tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarının üç-beş dəfə artırılması da məhz bu kimi problemləri həll etmək istiqamətində atılan addımdır. Bu sərəncam təkcə tibb işçilərinə qayğı kimi deyil, həm də koronavirusa yoluxmuş, yaxud potensial xəstə ola biləcək vətəndaşlarımıza da qayğı kimi qiymətləndirilməlidir. Çünki hər xəstənin müalicəsi özlüyündə növbəti yoluxma hadisəsinin qarşısının da alınması deməkdir. Nəzərə almaq lazımdır ki, koronavirusa yoluxmuş bir xəstə təqribən yüz vətəndaşı yoluxdurma potensialına sahibdir və buna qarşı vaxtında mübarizə aparmaq lazımdır. Ona görə də Prezidentin sərəncamı həm də xəstəliyə qarşı önləyici tədbirləri motivasiya edən addım kimi də qiymətləndirilə bilər”
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət