YAP Naxçıvan təşkilatı da qurultayda iştirak edir

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı öz işinə başlayıb. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.

Yenisabah.az-ın xəbərinə görə, qurultayda YAP Naxçıvan Muxtar Respublika Təşkilatının nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinə Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov rəhbərlik edir.

  • Sosial şəbəkədə paylaş