Əli Əhmədov iclasda çıxış edib - YAP-ın növbədənkənar qurultayı davam edir (FOTO)

Əli Əhmədov iclasda çıxış edib - YAP-ın növbədənkənar qurultayı davam edir (FOTO)

Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı davam edir.

Trend-in məlumatına görə, iclasda partiya sədrinin müavini Əli Əhmədov çıxış edib.

Daha sonra isə Bahar Muradova, Hikmət Babaoğlu, Azər Badamov, Mixail Zabelin, Ülviyyə Ağayeva çıxış edib.

Hazırda çıxışlar davam edir.

X X X
11.00

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilir.

Trend xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

X X X
10.00

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı başlayıb. Trend-in məlumatına görə, bu partiyanın VII qurultayıdır.

X X X

09:35

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçiriləcək.

Trend-in məlumatına görə, saat 10.00-da başlayacaq qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Əli Əhmədov iclasda çıxış edib - YAP-ın növbədənkənar qurultayı davam edir (FOTO)

  • Sosial şəbəkədə paylaş