Ermənistan BQ rəisi Azərbaycanla sərhəd zonaya gəlib

Aprelin 6-da Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan Ermənistanın şərq istiqamətində yerləşən hərbi hissələrə gəlib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi 2-ci korpusun tabeçiliyində fəaliyyət göstərən "N" saylı hərbi hissənin müdafiə zonasının döyüş məntəqələrində də olub, sərhəd zonasının bu sektorunda hökm sürən əməliyyat vəziyyəti, döyüş növbətçiliyinin həyata keçirilməsi şərtləri, ön xətdə həyata keçirilən mühəndis və istehkam işləri ilə tanış olub.

  • Sosial şəbəkədə paylaş