» » Nazirlik əməkdaşları 58 mindən çox ağac əkdi

Nazirlik əməkdaşları 58 mindən çox ağac əkdi

Nazirlik əməkdaşları 58 mindən çox ağac əkdi


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz ağac əkini davam edir.

"Yeni Sabah"ın xəbərinə görə, bu barədə Meşələrin İnkişafı Departamentinin əkin sektorunun müdiri Rəhim İbrahimov məlumat verib.

O bildirib ki, son bir həftə ərzində Quba, Ağcabədi, Şəmkir, Göygöl, Bərdə, Zaqatala və Şamaxı rayonlarında Regional Meşə Təsərrüfatı Mərkəzləri və yerli idarəetmə orqanlarının əməkdaşları tərəfindən 50 hektar ərazidə 58 150 ədəd müxtəlif meyvə və meşəcinsli ağac əkilib.

O qeyd edib ki, yaz ağac əkini mövsümü başlayandan bugünədək ümumilikdə regionlarda 150 hektar sahədə 174 350 müxtəlifcinsli ağac əkilib.
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət