Koronavirus ata-ananı 4 saat içində “apardı”


Övladı valideynləri ilə ancaq pəncərədən vidalaşa bilib

Kocaelinin Gölcük bölgəsində koronavirus müalicəsi alan ər-arvad – 85 yaşlı Süleyman Eyigün və həyat yoldaşı Nəcmiyə Eyigün (81 yaş) 4 saat arayla vəfat etdilər.

Ata-anasının evlərinin önündə qılınan cənazə namazını pəncərədən izləyən qızları Səlma Eyigün onların ardınca göz yaşı töküb əlini yelləyərək sağollaşa bildi. Gölcüyün Donanma məhəlləsində yaşayan Eyigün cütlüyü bəzi əlamətlərə əsasən koronavirus testi veriblər və analizlərin cavabı müsbət çıxıb.

Səhhətləri ağırlaşdığından xəstəxanaya aparılıblar. 10 gün reanimasiya şöbəsində həkim nəzarəti altında qalan ər-arvad dünən səhər vəfat edib. Ərlə arvadın ölümü arasında sadəcə, 4 saat fərq olub.

  • Sosial şəbəkədə paylaş