» » "Ancaq qalmaqal yaratmaq istəyirlər, şou yaradırlar"

"Ancaq qalmaqal yaratmaq istəyirlər, şou yaradırlar"

  • 23-03-2020, 11:49
  • Şou
  • 21
"Ancaq qalmaqal yaratmaq istəyirlər, şou yaradırlar"

Hər zaman qalmaqallı açıqlamaları ilə gündəm yaradan Əməkdar artist Elza Seyidcahan bir neçə gün öncə koronavirus qüsulu alınması barədə dediyi fikilərlə yenə diqqət çəkib. Belə ki, ifaçı yayılan videoda insanların koronavirus qüsulu almalarını məsləhət bilib.
Əməkdar artist Yenisabah.az-a yayılan video ilə bağlı açıqlama verib. O bildirib ki, süjeti kəsdikləri üçün hər şey səhv anlaşılıb.
“Mən başa düşmürəm ki, mənim səsimi niyə kəsib belə qalmaqallı, montajlı verirlər? O sözlər tamahkar insanlara görə deyilib. Bəzi saytlar bunu ancaq “koronavirus qüsulu versinlər” formasında verirlər. Ancaq qalmaqal yaratmaq istəyirlər, şou yaradırlar.
Camaat hal-hazırda gedib marketləri soyur, aptekləri talayırlar, demirlər ki, bunu xəstəsi var, qocası var. İndi bir aya karantin qutaracaq, aldıqlarını işlədə bilməyəcəksən, aparıb zibilliyə atacaqsan. Bəlkə də sənin aldığın kiməsə lazım olacaq, amma tapa bilməyəcək. Yəni hər şeyi bir-birimizlə paylaşmalıyıq. Deyir sevinci paylaşarsan, çoxalar, kədəri paylaşarsan, azalar. Biz burda məntiqi söz deyirik ki, camaat dəyərlənsin, amma bunu götürüb, şouya çeviriblər”.
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət