Koronavirusa yoluxan Niyaməddin Musayev səhhəti necədir?



“Vəziyyətim yaxşılığa doğru gedir”.

Bu sözləri koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilən Xalq artisti Niyaməddin Musayev

Musavat.com-a açıqlamasında bildirib. Xalq artisti dövlətin ona göstərdiyi qayğıdan razı qaldığını diqqətə çatdırıb:

“Artıq bir müddətdir ki, xəstəxanadayam. Dövlətin mənə göstərdiyi diqqət və qayğıdan çox razıyam. Təkcə mənə qarşı deyil, xəstəxanada olan bütün xəstələrə böyük qayğı göstərilir. Bunun üçün dövlətimə, xalqıma, səhhətimlə bağlı maraqlanan media nümayəndələrinə öz təşəkkürümü bildirirəm!”

Xatırladaq ki, koronavirusa yoluxan Xalq artisti Niyaməddin Musayevin vəziyyəti ağırlaşdığı üçün bir müddət bundan əvvəl Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ