Nyu-Yorkda qəribə aksiya: Peyvəndə cəlb etmək üçün insanlara narkotik payladılar


ABŞ-da marixuananın leqallaşması üçün mübarizə aparan qeyri-hökumət təşkilatı DCMJ Nyu-Yorkun mərkəzində koronavirus peyvəndi vurulanlara narkotik maddə paylayır.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Mart ayının sonlarında Nyu-York ştatının qubernatoru Endryu Kuomo narkotik maddənin rekreasiya məqsədilə satılmasına və istifadəsinə icazə verən qanun imzalayıb. Siqaretin prinsipcə qadağan olunduğu yerlər istisna olmaqla, bu vasitənin istifadəsinə ictimai yerlərdə icazə verilir.

“Bu gün Vaşinqtonda və Nyu-Yorkda peyvənd üçün narkotikin pulsuz paylanması aksiyasını keçiririk”, - deyə DCMJ-nin yaradıcısı Nikolas Şiller qeyd edib.

Onun sözlərinə görə, bu hərəkət insanları tərəddüd etdikləri təqdirdə vaksinasiyaya sövq etmək üçün bir vasitədir.

Şiller bildirib ki, bu gün dörd mindən çox insan narkotik maddə almaq üçün müraciət edib. Onların bəzisi ancismin olması ilə bağlı arayış təqdim ediblər.

Ancaq aksiyanın keçirildiyi meydanda bu kampaniyaya qarşı çıxanlar da olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ