ABŞ polisi 16 yaşlı qızı güllələdi


ABŞ-ın Kolumbus şəhərindən polis 16 yaşlı qaradərili qız Makayu Brayantı güllələyib.

"Ölkə.Az" xəbər verir ki, bu barədə yerli "10TV" məlumat yayıb.

Polisə qız kimlərəsə bıçaqla hücum edilməsi barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis qıza atəş açıb və onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər. Bir saatdan sonra isə dünyasını dəyişib.

Ölən qızın xalası Heyzel Brayantın sözlərinə görə, ailədə mübahisə düşüb və mübahisə zamanı əlində bıçaq olub. Lakin polis gələnə kimi o əlindəki bıçağı atmışdı. Ancaq buna baxmayaraq polis atəş açdı.

Bu hadisədən qəzəblənən şəhər əhalisi polisdən qisas almağı tələb edib, ancaq şəhərin meri sakinləri təmkinli olmağa çağırıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ