Türkiyə klubunun prezidenti koronavirusdan öldü



Türkiyə 2-ci liqasında çıxış edən "Serik Belediyespor" klubunun prezidenti Ali Aksu koronavirusdan vəfat edib.

"Report" "TRT Spor"a istinadən xəbər ki, funksioner 46 yaşında Antalyadakı özəl xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Ali Aksunun koronvirus testi aprelin 11-də müsbət çıxıb. O, halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ