Türkiyə ABŞ-ı Ərdoğanla bağlı ifadələrə görə qınadı

Türkiyə ABŞ-ı Ərdoğanla bağlı ifadələrə görə qınadı

Türkiyənin hakim “Ədalət və İnkişaf” partiyasının (AKP) sözçüsü Ömər Çelik ABŞ tərəfindən Rəcəb Tayyib Ərdoğanla bağlı səsləndirilən fikirləri qınayıb.

Bu barədə o “Twitter” hesabında yazıb:

“ABŞ Xarici İşlər Nazirliyini prezidentimizi hədəf almasını görə kəskin qınayırıq. Prezidentimizi antisemitizmdə günahlandırmaq məntiqsiz və yanlış yanaşmadır. Bu, prezidentimiz haqqında söylənilmiş yalandır”.

Ömər Çelik ABŞ XİN-i Ərdoğanın fikirlərini diqqətlə dinləməyə dəvət edib:

“Bu açıqlama verənlər prezidentimizi diqqətlə dinləsələr, ədalət və barış üçün addımlar atmış olacaqdılar”.

Çelik qeyd edib ki, prezidenti tənqid edənlər bu fikirlərindən imtina etməlidirlər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ