Ərdoğan böyük MÜJDƏNİ AÇIQLADI - Çox yaxşı xəbərlər gəlir

Ərdoğan böyük MÜJDƏNİ AÇIQLADI - Çox yaxşı xəbərlər gəlir

“Bizim üçün Türkiyə 780 min kvadrat kilometr ərazidən ibarət deyil. Ona görə də, Fələstində, Kiprdə, Aralıq dənizinin şərqində və İraqda varıq”. Lia.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Ankaranın 5 araşdırma gəmisi var və Aralıq dənizində işlər davam edir. Ərdoğanın sözlərinə görə, yaxın günlərdə Aralıq dənizinin şərqindəki araşdırmalarla bağlı sevindirici xəbərlər gələ bilər: “İndi İnşallah gözəl müjdələr alırıq. Bu müjdələrlə bərabər yaxında neft və təbii qazla bağlı xəbərlər eşitsəniz təəccüblənməyin”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ