İtaliyada həbs edilən Kataloniyanın sabiq başçısı azad edildi – YENİLƏNİB

İtaliyada həbs edilən Kataloniyanın sabiq başçısı azad edildi – YENİLƏNİB

İtaliyanın Sardiniya adasında həbs olunmuş İspaniyanın Kataloniya muxtariyyətinin keçmiş rəhbəri sərbəst buraxılıb.

Bu, adanın apelyasiya məhkəməsinin müvafiq qərarı ilə mümkün olub. Lakin siyasətçinin bir neçə gün ərzində “onun məsələsi həll edilənədək” adanı tərk etməsi qadağan olunub. Qeyd edək ki, Puçdemon 2017-ci ildən bəri İspaniyanın ədalət mühakiməsindən gizlənir. Məhz həmin ildə onun rəhbərliyilə Kataloniyanın müstəqilliyi barədə qanunsuz referendum keçirilib.

Mənbə: EFE

10:11

İspaniyanın Kataloniya muxtar vilayətinin sabiq rəhbəri Karles Puçdemon İtaliyada həbs olunub.

Avropa Parlamentinin sabiq üzvü Sardiniyanın Alqero şəhərinin hava limanında saxlanılıb.

2019-cu ildə K.Puçdemona Avropada həbs qərarı verilib.

Yaxın bir neçə gün ərzində İtaliya hökuməti K.Puçdemonun İspaniyaya təhvil verilib-verilməməsi barədə qərar verməlidir.

Xatırladaq ki, Kataloniya vilayətinin İspaniyadan ayrılmasını tələb edən Karlos Puçdemon 2017-ci ildə regionda referendum keçirməyə cəhd göstərmişdi.

Nəticədə İspaniya hökuməti onu üsyan və qiyamın təşkilində, həmçinin dövlət vəsaitlərinin israf edilməsində ittiham etmişdi.

İspaniya qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.

Mənbə: “Euronews”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ