İtaliyada Ərdoğanla Bayden arasında görüş keçiriləcək

İtaliyada Ərdoğanla Bayden arasında görüş keçiriləcək

Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ rəhbəri Cozef Baydenlə arasında görüş keçiriləcək.

Belə ki, iki dövlət başçısının görüşü İtaliyanın payaxtı Romada keçiriləcək G-20 sammiti zamanı baş tutacaq.

G-20 zirvəsi oktyabrın 30-31-də keçiriləcək.

Qeyd olunur ki, görüşdə xüsusən Suriya və Əfqanıstandakı mövcud vəziyyət və iki ölkə arasındakı münasibətlər müzakirə ediləcək.

İki lider son olaraq 14 iyunda Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Liderlər Zirvəsində bir araya gəlmişdi.

Mənbə: “Trthaber”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ