ABŞ-da nindza geyimli şəxs xüsusi təyinatlılara hücum etdi

ABŞ-da nindza geyimli şəxs xüsusi təyinatlılara hücum etdi

ABŞ-da nindza kostyumu geyinmiş şəxs xüsusi təyinatlılara hücum edib.

Kern qraflığı Şerif Ofisi “Twitter” hesabında qeyd edib ki, hadisə Los-Ancelesin şimalındakı aerodromda baş verib.

Şübhəli bir nəfərə qılıncla hücum edib və anqar pəncərəsindən atdığı daşla başqa birinin başını yaralayıb.

Hücum edənin 35 yaşlı Cino Rivera adlı şəxs olduğu müəyyən edilib.

O həbs zamanı polis əməkdaşlarının qarşısında qılınc oynadıb.

Polislər onu zərərsizləşdiriblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ